“Kəpəz” Polşa komandasını da məyus etdi
Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb. İdman.com.az saytı xəbər verir ki, Gəncə təmsilçisi Polşanın klubu “Qurnik” klubu ilə qarşılaşıb.

Üstün oyun nümayiş etdirən Fuad İsmayılovun komandası rəqibini 3:1 hesabı ilə məğlub edib. Bizdən qolları Dmitri Parxaçov, Yuri Fomenko və Ceyhun Sultanov vurublar.
Xatırladaq ki, “ağ-göylər” ilk sınaq matçında Qazaxıstanın “Atırau” klubuna da qalib gəlmişdi (4:1).

Xəbər 1036 dəfə oxundu.