Milli komandada boykot | |
Boliviya yığması dünya çempionatının semə mərhələ oyunları ərəfəsində ciddi problemlə üzləşib. Futbolçular tətil ediblər. Onlar məvaciblərini ala bilmədiklərinə görə bu addımı atıblar. Tətil edən futbolçular yığmanın düşərgəsinə gəlməkdən imtina ediblər. Məsələylə bağlı Futbolçuların Həmkarlar İttifaqı da bəyanat yayıb. Həmkarlar İttifaqı bildirib ki, məvaciblər ödənilməsə, ölkə çempionatının oyunları da təxirə salınacaq. Bir müddət əvvəl Boliviya Futbol Federasiyasının prezidenti dələduzluq maddəsiylə ittiham olunaraq, həbs edilmişdi. Boliviya oktyarbrın 8-də DÇ-nin seçmə mərhələsində evdə Uruqvayı qəbul etməlidi. |
|
Xəbər 733 dəfə oxundu. |
|
|