Azərbaycan millisi Uels yığmasına böyük hesabla qalib gəlib
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.

Uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. Yaiza Releanın dubl etdiyi oyunda komandamızın digər qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurublar.

Yığmamız növbəti oyununu sentyabrın 17-də saat 20.00-da Belçika millisinə qarşı keçirəcək.

AZƏRTAC

Xəbər 707 dəfə oxundu.