"Ağ-yaşıllar" malili futbolçu ilə yollarını ayırdı
"Xəzər Lənkəran" klubu bir müddət öncə anlaşdığı malili hücumçu Siriman Maqassoubanın xidmətindən imtina edib. İdman.com.az saytının məlumatına görə, bu barədə qol.az-a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, adı çəkilən futbolçunun fiziki durumu onları qane etmədiyindən futbolçu ilə yollarını ayırıblar: "Bir müddət öncə transfer etdiyimiz 3 malili futbolçu tibbi müayinədən keçdi. İki futbolçunun fiziki durumu qaydasında olsa da, Maqassoubanın vəziyyəti bizi qane etmədi və onun xidmətindən imtina etdik".

Xəbər 1009 dəfə oxundu.