Sinqapur da «ay-ulduzlular»ımıza rəqib oldu
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, fevralın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində millimiz Sinqapur yığması ilə yoldaşlıq oyunu keçirəcək.

«Ay-ulduzlular»ımızın fevralın 29-da həmin məkanda Fələstin, mayın 30-da Almaniyanın Frankfurt şəhərində Andorra, iyunun 5-də isə Minsk şəhərində Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcəyi isə, daha əvvəl xəbər vermişdik.

Xəbər 946 dəfə oxundu.