Azərbaycan şahmatçıları dünya kubokunun ikinci dövrəsinə çıxıblar | |
Bakıda Beynəlxalq Şahmat Federasıyasının (FIDE) himayəsi altında keçirilən dünya kuboku yarışları davam edir. Turnirdə iştirak edən altı Azərbaycan qrossmeysterindən dördü birinci dövrəni uğurla başa vurub. Qrossmeysterlər Eltac Səfərli və Vasif Durarbəyli turnirdə mübarizəni dayandırıblar. FIDE-nin dünya kubokunun ikinci raundunda Azərbaycan şahmatçıları aşağıdakı rəqiblərlə qarşılaşacaqlar: Hou İfan (Çin) – Şəhriyar Məmmədyarov, İlya Smirin (İsrail) – Teymur Rəcəbov, Rauf Məmmədov – Fabiano Karuana (İtaliya), Qədir Hüseynov – David Navara (Çexiya). Dünya kuboku nokaut sistemi üzrə keçirilir. Turnirin startına cəmi 128 iştirakçı çıxıb. Final raundu müstəsna olmaqla bütün raundlarda rəqiblər iki klassik partiya oynayacaqlar. Hesab bərabər olduqda tay-breyk partiyaları oynanılır. Final matçında 4 klassik partiya oynanılacaq. 2015-ci il dünya kubokunun qalibi və finalçısı 2016-cı ildə dünya şahmat tacına iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar. Oktyabrın 5-də başa çatacaq dünya kubokunun mükafat fondu 1,6 milyon dollardır. |
|
Xəbər 699 dəfə oxundu. |
|
|