Təhsil Nazirliyinin tabeliyindəki idman məktəbinin yetirməsi boks üzrə dünya birinciliyinin qalibi olub
“Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Azərbaycan yığma komandasının üzvü Məhəmməd Abdullayev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Dünya birinciliyində +80 kiloqram çəki dərəcəsində uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb.

Finalda isə M.Abdullayev Almaniya təmsilçisi Daniel Melsam üzərində inamlı qələbə qazanaraq birinci yerə layiq görülüb.

AZƏRTAC

Xəbər 803 dəfə oxundu.