"Krasnodar"ın kapitanı: "Qəbələ" autsayder deyil" MÜSAHİBƏ
Avropa Liqasının qrup mərhələsinə “Qəbələ”nin rəqibi olan “Krasnodar”ın kapitanı Andreas Qranqvistin “Qafqazinfo”ya müsahibə verib.

İdman.com.az sizi həmin müsahibə ilə tanış edir:


- Avropa Liqasının püşkatması sizi razı saldı?
- Çox yaxşı qrupdur. Sözsüz ki, ən güclü komanda Dortmund “Borussiya”sıdır. Onlar haqqında danışmağa ehtiyac yoxdur. PAOK və “Qəbələ” də zəif komandalar deyillər. Amma bizim üçün yaxşı şans var. Düşünürəm ki, növbəti mərhələyə adlamaq olar.

- “Borussiya” sözsüz favoritdir. İkincilik mübarizəsində “Krasnodar”ı digər rəqiblərlə müqayisədə daha şanslı saymaq olar?
- “Borussiya”nın favorti olması bəllidir. Fikrimcə, bəli “Krasnodar”ı ikincilik mübarizəsində daha şansı komanda saymaq olar. Amma bu o demək deyil ki, mütləq biz növbəti mərhələyə adlayacağıq. PAOK və “Qəbələ”də ikincilik üçün döyüşəcəklər. Çətin olsa da, biz 2-ci pilləni tutmalıyıq.

- “Qəbələ” haqqında nə öyrənə bilmisiz? Azərbaycan futbolundan xəbərdarsınız?
- Çox az şey bilirəm. Mətbuatdan bəzi şeylər oxudum. Məsələn, bu il 2 komandaları Avropa Liqasının qrup mərhələsinə düşüb. Deməli bu ölkədə futbol inkişafdadır. Amma heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmamışam. “Qəbələ” ilə oyundan öncə daha çox məlumatım olacaq.

- PAOK-un da kifayət qədər Avropa təcrübəsi var. Yəqin ki, qrudakı digər komandalar “Qəbələ”yə autsayder gözü ilə baxır?
- Fikrimcə, bu komanda sürpriz edib qrupa kimi gəlib. Ona elə baxmaq düzgün deyil. Müasir futbolda öncədən kimisə zəif görmək çox çətindir. Ümumiyyətlə bu düzgün deyil. Ümid edirəm ki, “Qəbələ”ni hər iki oyunda məğlub edəcəyik.

- Sizin sabiq komanda yoldaşınız Marat İzmaylov vaxtilə “Qəbələ”də çıxış edib. Ondan rəqib haqqında nəsə öyrənmək fikriniz var?
- Fikrimcə, bu suala baş məşqçi cavab versə, yaxşı olar. Yəqin ki, oyunlardan öncə çalışdırıcımız özü məlumat toplayacaq. Həmçinin bizi daha çox rəqibin oynadığı oyunlar və meydana çıxdığı sistem maraqlandırır. Bunun üçün də videolara baxmaqla kifayətlənə bilərik. Oyun disklərini tapıb analiz edəcəyik.

- Qrupda ilk oyununuzu “Borussiya”ya qarşı keçirəcəksiz. Düşünmürsüz ki, ilk qarşılaşmada “Qəbələ” və ya PAOK-la üz-üzə gəlsəydiniz, daha yaxşı olardı?
- Fikrimcə, bunun önəmi yoxdur. Onsuz da gec və ya tez “Borussiya” ilə qarşılaşmalı idik. Elə ilk matçda da üz-üzə gəlmək pis deyil. “Qəbələ” və PAOK-da bir-biri ilə oynayacaq. Həmin qarşılaşma da bizim üçün maraqlıdır.

Xəbər 699 dəfə oxundu.