Milan derbisini “İnter” qazandı
İtaliya A Seriyasında 3-cü turun oyunlarına yekun vurulub.

Son oyun günündə altı qarşılaşma baş tutub.

“İnter” öz meydanında əzəli rəqibi “Milanı” qəbul edib. Milan derbisi meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

“Latsio” öz meydanında “Udineze”yə qalib gəlib – 2:0.

Dörd görüşdə - "Verona" - "Torino", "Empoli" - "Napoli”, "Palermo" - "Karpi", və "Sassuolo" - "Atalanta" matçında 2:2 hesablı bərabərlik qeydə alınıb.

“Sampdoriya” – “Bolonya” oyunu isə təxirə salınıb.



13 sentyabr

İtaliya A Seriyası, 3-cü tur

"Verona" - "Torino" - 2:2
Qollar: Luka Toni, 49, Qomez, 71 - Bazelli, 66, Akua, 73

"Empoli" - "Napoli" - 2:2
Qollar: Saponara, 3, Pukiarelli, 18 - İnsinye, 7, Allan, 50

"Palermo" - "Karpi" - 2:2
Qollar: Manyanelli, 22, Floro, 40 - Pinilya, 13, 33

"Sassuolo" - "Atalanta" - 2:2
Qollar: Hilyemark, 6, Curceviç, 88 - Vittolo, 23-avtoqol, Boriello, 64

“Sampdoriya” – “Bolonya” - təxirə salınıb


"Latsio" - "Udineze" - 2:0
Qollar: Matri, 64, 70

"İnter" - "Milan" - 1:0
Qol: Quarin, 58



12 sentyabr



"Fiorentina" - "Genua" - 1:0
Qol: Babakar, 60 (1:0)
Qırmızı vərəqə: Badelj, 64 ("Fiorentina")

"Frosinone" - "Roma" - 0:2
Qollar: Falke, 44 (0:1), İturbe, 90+3 (0:2)

"Yuventus" - "Kyevo" - 1:1
Qollar: Hetemaj, 5 (0:1), Dibala, 83-pen (1:1)


Xəbər 730 dəfə oxundu.