"Kəpəz" öz rekordunu yenilədi
Premyer Liqasının IV turunun “Kəpəz” - AZAL oyununda (1:0) yeni rekord qeydə alınıb.

Gəncədəki oyunu 13200 tamaşaçı izləyib. Bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu II turun "Kəpəz" - "Zirə" oyunu (1:1) idi - 12500. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmamışdır.

“Kəpəz” - AZAL oyunundan başqa 13500 nəfər sonuncu dəfə stadiona 2011/12 mövsümündə toplaşmışdır. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” - “Qarabağ” matçını məhz bu qədər tamaşaçı izləmişdir.

Xəbər 720 dəfə oxundu.