US openin qalibi karyerasını başa vurduğunu bildirdi | |
US Open-2015-in qalibi italiyalı Flaviya Pennetta mükafatlandırma mərasimi zamanı peşəkar karyerasını bitirmək qərarına gəldiyini bildirib. 33 yaşlı tennisçi bu qərarı 11 ay əvvəl qəbul etdiyini açıqlayıb. Xatırladaq ki, Pennetta finalda Vinçini 7-6, 6-2 hesabıilə məğlub edib. Bu onun karyerasında 49-cu böyük turnir idi. Tennisçi mövsümün sonuna qədər çıxışlarını davam etdirəcək və ilin sonunda karyerasını başa vuracaq. |
|
Xəbər 861 dəfə oxundu. |
|
|