Rəqib dəyişdi
Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Sumqayıt”ın yoxlama görüşündə rəqibi dəyişib. İdman.com.az-ın klubunun rəsmi saytına istinadən məlumatına görə, Bernhard Raabın komandası planlaşdırıldığı kimi Drezden “Dinamo”sunun əvəzediciləri ilə qüvvəsini sınamayacaq.

Onlar əvəzində bu gün Almaniyanın “FC Plauen” klubu ilə qarşılaşacaqlar. Matç Bakı vaxtı ilə saat 17:00-da “Arcadia Limak” otelinin stadionunda baş tutacaq.

Xatırladaq ki, “şəhərlilər” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paterborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.

Xəbər 976 dəfə oxundu.