"Qəbələ" legionerləri sifariş etdi, Vaqif Cavadovu saxladı
"Qəbələ" transfer pəncərəsinin son günündə heyətinə qatdığı iki futbolçunun adını PFL-ə təqdim edib.

Derlis Meza Kolli və Fakundo Pereyranın adı bölgə klubunun sifariş ərizəsinə salınıb. Son olaraq Bakı "İnter"ində çıхış etmiş Paraqvay əsilli italiyalı Meza Kolli "Qəbələ"də 88 nömrəli formanı geyinəcək. PAOK-dan icarəyə götürülmüş Fakundo Pereyra isə 32 nömrə altında çıхış edəcək.

"Qəbələ"nin "Xəzər Lənkəran"dan icarəyə götürdüyü Vaqif Cavadovun adı isə hələlik sifariş ərizəsinə salınmayıb.

Xəbər 750 dəfə oxundu.