İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn FIFA prezidenti vəzifəsinə namizədliyini yenidən irəli sürəcək | |
İordaniya şahzadəsi, FIFA-nın vitse-prezidenti Əli bin Əl-Hüseyn Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti seçkilərinə namizədliyini yenidən irəli sürəcəyini rəsmən elan edib. Əli bin Əl-Hüseyn bu ilin mayında keçirilən seçkilərdə Yozef Blatterə uduzub. Y.Blatter korrupsiya qalmaqalından sonra iyunun 2-də öz vəzifəsindən istefa verib. Qurumun yeni başçısının seçkiləri 2016-cı il fevralın 26-da Sürixdə keçiriləcək. AZƏRTAC |
|
Xəbər 736 dəfə oxundu. |
|
|