San Marino Ronaldonu ələ saldı | |
"Avro-2016"nın seçmə mərhələsində səfərdə Litvaya qol vurmaqla 14 illik uğursuz seriyaya son qoyan "San Marino" yığmasının rəsmi "tvitter" səhifəsi Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu ələ salıb. "Tvitter" səhifəsində San Marino yığmasının sentyabr ayında bir qol vurduğu, Ronaldonun isə bu ay fərqlənə bilməməsi vurğulanıb. 30 yaşlı futbolçu Portuqaliya millisinin heyətində Fransa ilə yoxlama, Albaniya ilə seçmə mərhələ oyunlarında meydanı qol vurmadan tərk edib. Qeyd edək ki, San Marino yığması 14 il sonra ilk dəfə səfərdə qol vurmağı bacarıb. Cırtdan ölkə təmsilçisi sonuncu dəfə 2001-ci ildə səfərdə Latviya ilə matçda fərqlənib. Həmin görüşdə qalib müəyyənləşməyib - 1:1. |
|
Xəbər 765 dəfə oxundu. |
|
|