Ukraynalılar bizimlə qarşılaşmaqdan ehtiyat edir | |
“Bakıdakı turnir yaxşı idi. Orada nəticə də bizim sevindirdi. Sadəcə, bizdə bir az əvvəl gözlənilməz problemlər yarandı. Azərbaycana səfər öncəsi böyük kadr problemləri ilə üzləşdik”. İdman.com.az saytının məlumatına görə, bu fikri Ukraynanın futzal yığmasının baş məşqçisi Gennadi Lisençuk deyib. Onun çalışdırdığı komanda ötən ilin dekabrında V Bakı Beynəlxalq Futzal Turnirində qalib olaraq, kuboku vətənə apardı. Lisençuk bununla turniri daim qazanan, bu dəfə seriyasını qırdığı yığmamızın çıxışına qiymət verib: “Biz ötən Avropa çempionatında uduzduğumuz Azərbaycan yığmasına qalib gəlməyi bacardıq. Hərçənd bu dəfə onu 3:2 hesabı ilə yendik, ancaq komanda çox texnikalı, sürətlidir. Onların bir dördlüyü milliləşdirilən braziliyalı, digəri yerli oyunçulardan ibarətdir. Azərbaycan yığması ilə Avropa çempionatından görüşmək istəməzdik. Biz indi yerdəyişmə edirik. Məsələn, Türkiyə yığması ilə Bakıdakı oyunu hücumda keçirdik. Özbəkistan və Azərbaycanla matçların bəzi anlarında aktiv pressinq tətbiq edərək, oynayırdıq”. |
|
Xəbər 1061 dəfə oxundu. |
|
|