Qəbələ Ukrayna toplanışını başa vurub, vətənə döndü
"Qəbələ"nin Ukrayna toplanışı başa çatıb. Roman Qriqorçukun komandası artıq vətənə dönüb və Qəbələdədir.

Bölgə təmsilçisi "İnter"lə matçın hazırlığını doğma meydanda davam etdirəcək.

Qeyd edək ki, Odessadakı hazırlıq prosesi zamanı "Qəbələ" yerli "Çernomorets"lə yoxlama oyunu da keçirmiş və 2:0 hesablı qələbə qazanmışdı.

Xəbər 785 dəfə oxundu.