Sankt Peterburq şəhərində yeniyetmələr arasında dünya birinciliyi davam edir
Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Yarışın növbəti günündə milli komandamızın 3 üzvü rinqə çıxıb.

Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov (60) dünya birinciliyinə uğurla başlayıb. Boksçumuz ukraynalı Zaxar Stepanovla döyüşdən qalib ayrılıb – 3:0. Həmyerlimiz 1/8 finalda macarıstanlı Mata Lakatosla üz-üzə gələcək.

Elbrus Əkbərov (75 kq) və Hüseyn Sadıqov (52) isə ilkin mərhələdə uduzaraq, yarışdan kənarda qalıblar. Əkbərov gərgin mübarizədə Hindistan təmsilçisi Sandeep Çanqhasa məğlub olub – 1:2. Sadıqov isə İsrail boksçusu David Xarmatsa uduzub.

Bu gün dünya birinciliyində Kənan Əliyev (46 kq), Orxan Həsənov (54 kq), Sayad Lalayev (63 kq ), Cavid Hüseynov (48 kq), Məhəmməd Abdullayev (81 kq) və Bəxtiyar Qazıbəyov (60 kq) çıxış edəcəklər.

Xəbər 919 dəfə oxundu.