Flavinyo yeni klubunda debüt etdi | |
Braziliya A seriyasında XXIII turun oyunları keçirilir. Sözügedən tur çərçivəsində "Neftçi”dən ayrılan futbolçu Flavinyonun şərəfini qoruduğu "Şapekoense” doğma meydanında "Ponta Preta” ilə qarşılaşıb. Oyun 0:0 hesablı bərabərliklə başa çatıb. "Neftçi”dən ayrıldıqdan sonra "Şapekoense”yə keçən Flavinyo yeni klubunda debüt edib. O, ilk oyununda 65-ci dəqiqədə meydana daxil olaraq, sonadək mübarizə aparıb. Qeyd edək ki, XXIII turdan sonra, aktivində 29 xal olanFlavinyonun komandası, 20 klub arasında 12-ci pillədə qərarlaşıb. |
|
Xəbər 839 dəfə oxundu. |
|
|