“Azəryol”da 12-ci imza | |
“Azəryol” Azərbaycan millisinin daha bir voleybolçusu ilə müqaviləni yeniləyib. Bakı klubu 27 yaşlı blokçunu heyətdə saxlamağı məqsədəuyğun hesab edib. Hazırda Avropa çempionatına hazırlaşan yığmamızın heyətində olan Kərimova ilə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, bununla “Azəryol”dakı voleybolçuların sayı 12-yə çatıb. CEV kubokunda oynayacaq komanda daha öncə Şəfaqət Həbibova, Yelena Parxomenko, Yuliya Kərimova, Yekaterina Jidkova (hamısı Azərbaycan), Anna Stepanyuk (Ukrayna), Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hər üçü ABŞ), Malika Kanzonq (Tailand) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb. |
|
Xəbər 781 dəfə oxundu. |
|
|