Balotelli yenə dinc durmadı | |
Tez-tez qamqamallarla gündəmə gələn "Milan"ın yeni transferi Mario Balotelli yenə dinc durmayıb. 25 yaşlı hücumçu bu dəfə sürət həddini aşıb. Balotelli sürət həddi saatda 50 kilometr olan yolda avtomobilini 90-la idarə edib. Nəticədə polis tərəfindən saxlanılıb və sürücülük vəsiqəsi əlindən alınıb. Xatırladaq ki, "Milan" Balotellini "Liverpul"dan icarəyə götürən zaman müqaviləsinə şəxsi həyatını qaydaya salması üçün xüsusi maddə əlavə etmişdi. İndi bu hadisəyə klub rəhbərliyinin necə reaksiya göstərəcəyi maraqla gözlənilir. |
|
Xəbər 738 dəfə oxundu. |
|
|