İrina Jukova: «Yanlış qərardan doğan məğlubiyyət, gələcəkdə «Azərreyl»in əleyhinə işləyəcək» | |
«Rabitə»nin aparıcı üzvü İrina Jukova dünən Super Liqanın VII turunda «Azərreyl» ilə keçirilmiş matçla bağlı fikrini bildirib. İdman.com.az saytına açıqlamasında təcrübəli voleybolçu deyib ki, o, rəqibin 2 əsas oyunçusuz meydana çıxmasını heç cür anlaya bilməyib: «Nə söyləmək olar?! «Azerreyl»in Polina Rəhimova və libero Valeriya Korotenkosuz mübarizəyə qoşulmasına haqq qazandıra bilmirəm. Onlar Çempionlar Liqası öncəsi taktikanı gizlətsələr belə, yanlış qərardan doğan məğlubiyyət-psixoloji qorxu, fikrimcə, bizə qarşı gələcək görüşlərdə onların əleyhinə işləyəcək». Qeyd edək ki, “Rabitə”, yarışın digər favoriti “dəmiryolçular” üzərində 3:0-lıq qələbə sayəsində, turnir cədvəlində 1-ci pilləyə yüksəlib. KAMRAN |
|
Xəbər 961 dəfə oxundu. |
|
|