Qadın velosipedçimiz 8-ci oldu | |
Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 4 üzvü - Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci "Beynəlxalq Velosiped Günü" turnirində mübarizə aparıblar. 10 ölkədən 125 velosipedçinin iştirak etdiyi yarışın ilk günü idmançılar əvvəlcə dağ yolları ilə 7 km məsafə qət ediblər. Burada təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb - 8-ci yer. Elə həmin gün yarış iştirakçıları kriterium ötüşməsində də mübarizə aparıblar və Kənan Qəhrəmanlı finişi 8-ci keçib. İkinci yarış günündə isə 84 km məsafəyə qrup ötüşməsində Kənan Qəhrəmanlı 12-ci olub. |
|
Xəbər 759 dəfə oxundu. |
|
|