Verner Qreqoriç: Matçın bu məcrada keçəcəyini əvvəlcədən bilirdik | |
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Avstriya oyunundan sonra qonaqlaqrın baş məşqçisi Verner Qreqoriç fikirlərini açıqlayıb. O, 2:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib: "Artıq birinci hissədə hesabda 2 top üstünlüyümüz olsa belə, oyunun sonuna qədər gərgin mübarizənin şahidi olduq. Qarşılaşmanın bu məcrada keçəcəyini əvvəlcədən bildiyimiz üçün futbolçulara hesabdan asılı olmayaraq arxayınlaşmamağı tövsiyə etmişdik. Azərbaycan yığmasına bir neçə gün sonra Almaniya komandası ilə keçirəcəyi oyunda uğurlar arzulayıram”. |
|
Xəbər 728 dəfə oxundu. |
|
|