UEFA Rusiya klubunu cərimələyib | |
UEFA Rusiyanın MOİK klubunu cərimələyib. Bu barədə Moskva təmsilçisinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Sergey Aksyonov məlumat verib. MOİK numayəndəsi bildirib ki, Çempionlar Liqasının "play-off" mərhələsinin cavab görüşündə evdə Portuqaliya "Sportinq"i ilə qarşılaşmada moskvalı azarkeşlərin davranışı "hərbçilər"ə 20 min avroya başa gəlib. Xatırladaq ki, avqustun 26-da baş tutan oyunda MOİK azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər. Bundan başqa, fanatlar meydançaya yad maddələr də atıblar. Qeyd edək ki, Rusiya klubu "Sportinq"ə 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb. “Report” |
|
Xəbər 860 dəfə oxundu. |
|
|