Antonio Konte: ""Xorvatiya da əmin oldu ki, Azərbaycan millisi hədiyyə deyil" | |
İtaliya millisinin baş məşqçisi Antonio Konte "Avro-2016"nın seçmə mərhələsində Maltaya qalib gəldikləri oyun (1:0) haqda danışıb. 46 yaşlı mütəxəssis 0:0 hesabı ilə başa çatan Azərbaycan - Xorvatiya matçına da toxunub: "Meydana yalnız qələbə üçün çıxmışdıq. Lakin qol epizodlarından yararlana bilmədikcə, qələbə də təhlükə altına düşür. Bununla belə, şadam ki, qalib gələrək liderliyə yüksəldik. Bolqarıstanla görüşdə də 3 xal qazanmağa çalışacağıq. Qrupumuzdakı komandalar zəif deyil. Dünənki oyunlardan sonra anlamalıyıq ki, heç bir komanda rəqibinə asanlıqla təslim olmur. Malta və Azərbaycan milliləri hədiyyə deyil. Onlara qarşı oynamaq çətindir. Xorvatiya da buna əmin oldu. Artıq futbol bütün ölkələrdə inkişaf edir. Heç bir rəqibi daha 1 ayaqla məğlub edə bilmərsən". |
|
Xəbər 889 dəfə oxundu. |
|
|