Tsxadadze ilk qələbəsini qazandı | |
Bu gün AÇ-2016-nın seçmə mərhələsinin D, F və İ qruplarında daha 8 oyun keçiriləcək. Günün ilk oyunu Gürcüstanda baş tutub. D qrupunda autsayderlər sırasında qərarlaşmış gürcülər 3-cü pillədəki Şotlandiyanı qəbul ediblər. Oyun 1:0 hesabıyla Kaxaber Tsxadadzenin yetirmələrinin qələbəsiylə nəticələnib. Bununla da, gürcü mütəxəssis Gürcüstan millisinin "sükanı arxasında" rəsmi oyunlarda ilk qələbəsini qazanıb. Bu qrupun ən maraqlı oyunu isə Frankfurtda baş tutacaq. Son dünya çempionu Almaniya evdə Polşadan ilk oyundakı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. F qrupunda isə cari seçmə mərhələdə ardıcıl xal itkilərindən sonra hazırda sonuncu pillədə qərarlaşan Yunanıstan millisi Finlandiya ilə ev oyununda qalib gələrək, uğursuz gedişə son qoymaq niyyətindədi. İ qrupunun Danimarka - Albaniya matçı da AÇ-yə vəsiqə baxımından əhəmiyyətli oyunlardan hesab edilir. AÇ-2016, seçmə mərhələ D qrupu 21:00 Gürcüstan - Şotlandiya 1:0 Qol: Kazaişvili, 37. 23:45 Almaniya - Polşa 23:45 Cəbəllütariq - İrlandiya 1. Polşa - 14 (6), 2. Almaniya - 13 (6), 3. Şotlandiya - 11 (7), 4. İrlandiya - 9 (6), 5. Gürcüstan - 6 (7), 6. Cəbəllütariq - 0 (6). F qrupu 23:45 Macarıstan - Rumıniya 23:45 Farer adaları - Şimali İrlandiya 23:45 Yunanıstan - Finlandiya 1. Rumıniya - 14 (6), 2. Şimali İrlandiya - 13 (6), 3. Macarıstan - 11 (6), 4. Farer adaları - 6 (6), 5. Finlandiya - 4 (6), 6. Yunanıstan - 2 (6). İ qrupu 23:45 Danimarka - Albaniya 23:45 Serbiya - Ermənistan 1. Portuqaliya - 12 (5), 2. Danimarka - 10 (5), 3. Albaniya - 10 (4), 4. Ermənistan - 1 (5), 5. Serbiya - -2 (5). Qeyd: Albaniyayla oyunda yaşanmış hadisələrə görə, Serbiyanın hesabından 3 xal çıxılıb. |
|
Xəbər 724 dəfə oxundu. |
|
|