FİFA islahatlar keçirir | |
Fransua Karrar deyib ki, sentyabrın sonunadək ilkin dəyərləndirmə FİFA-nın İcraiyyə Komotəsinə təhvil veriləcək Beynəlxalq Futbol Federasiyalar Assosiasiyası (FİFA) mümkün islahatları keçirmək üçün bütün sahələr üzrə böyük işlər görüb. unu FİFA-nın islahatlar üzrə komitəsinin sədri Fransua Karrar İsveçrənin paytaxtı Berndə keçirilən birnci iclasın yekunlarına həsr edilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qurumun Müşahidə Şurasının sədri Domeniko Skala da komitənin birinci iclasında iştirak edib. Fransua Karrar deyib ki, sentyabrın sonunadək keçirilən tədbirlərlə bağlı ilkin dəyərləndirmə FİFA-nın İcraiyyə Komitəsinə təhvil veriləcək. Komitənin ikinci iclası sentyabrın 16-18-də Berndə keçiriləcək. Qeyd edək ki, bu il mayın 27-də ABŞ ədliyyə qurumunun müraciəti əsasında Sürix polisi FİFA-nın 14 keçmiş və hazırda fəaliyyətdə olan futbol funksionerini, o cümlədən Cefferi Uebbi həbs edib. ABŞ Ədliyyə Nazirliyinin hesablamasına əsasən, həmin məmurlar son 24 ildə 150 milyon dollara yaxın rüşvət alıblar. Bu ilin mayında FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri "DÇ-2018" (Rusiya) və "DÇ-2020"-yə (Qətər) ev sahibi seçilməsində ehtimal olunan korrupsiya məsələsidir. |
|
Xəbər 738 dəfə oxundu. |
|
|