Rəqiblərimiz bir-birini sınağa çəkəcək | |
Belçika və Hollandiyada keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibləri hazırlıq proqramını açıqlayıblar. Faiq Qarayevin yetirmələri ilə B qrupunda yer alan Türkiyə və Belçika təlim-məşq toplanışının bir hissəsini bir yerdə keçəcəklər. Bu gün Leuvenə yollanan “ay-ulduzlular” ev sahibi ilə 3 yoxlama matçı da oynayacaq. İlk qarşılaşması azarkeşsiz baş tutacaq görüşlər sentyabrın 4-də, 5-də və 6-da olacaq. Qeyd edək ki, Azərbaycan millisi də Bakıda “Uraloçka” ilə birgə hazırlıq keçir. |
|
Xəbər 893 dəfə oxundu. |
|
|