Komandamız dünya birinciliyinə yollandı | |
Rusiyanın Sankt Peterburq şəhərində sentyabrın 4-də boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start veriləcək. Səkkiz gün davam edəcək yarışda 400-dən çox idmançı mübarizə aparacaq. Komandamız yarışda yalnız bir çəki dərəcəsində təmsil olunmayacaq. Digər 12 çəkidə Azərbaycan boksçuları da öz bacarıqlarını nümayiş etdirəcəklər. Millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi altında artıq Rusiyanın şimal paytaxtına yollanıb. Heyətdə ötən il yeniyetmələr arasında qitə birinciliyinin qalibləri olmuş Bəxtiyar Qazıbəyovla Məhəmməd Abdullayev də yer alır. Avropa birinciliyinin gümüş mükafatçısı Cavid Hüseynov, bürünc medalçılar Orxan Həsənov və Şaiq Məlikov da əsas medal ümidlərimiz olacaqlar. 46 kq: Kənan Əliyev 48 kq: Cavid Hüseynov 50 kq: Seyidrza Sadıqov 52 kq: Hüseyn Sadıqov 54 kq: Orxan Həsənov 57 kq: Elton Məmmədov 60 kq: Bəxtiyar Qazıbəyov 63 kq: Sayad Lalayev 66 kq: Rəcəb Niftəliyev 70 kq: Şaiq Məlikov 75 kq: Elbrus Əkbərov +80 kq: Məhəmməd Abdullayev Dünya birinciliyində ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək. |
|
Xəbər 770 dəfə oxundu. |
|
|