Kovaçiç Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb
Xorvatiya yığmasının və Madrid "Real"ının (İspaniya) yarımmüdafiəçisi Mateo Kovaçiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. O, açıqlamasında bunları söyləyib:

"Azərbaycan və Norveçlə oyunlardan altı xal gözləyirik. Buna nail olmaq çətin olacaq. Amma mən komandamızın buna nail olacaq gücdə olduğuna şübhə etmirəm. Xal itkisi barədə düşünməyə dəyməz. Öncə Azərbaycanla oyunu düşünməliyik, sonra isə ikinci matçı. Bakıda Robert Prosineçkini də görəcəyik. Ona uğurlar arzulayırıq, amma bizimlə oyunda yox".

Xəbər 765 dəfə oxundu.