Şalke və Ayaks Bakıya gələ bilər | |
Xəbər verdiyimiz kimi, bu gün UEFA Gənclər Liqasının püşkü atılıb. Azərbaycanı bu turnirdə təmsil edəcək "Rəvan" birinci təsnifat mərhələsində Moskva "Spartak"ı ilə qarşılaşmalı olacaq. "Aslanlar"ın U-19 komandası Rusiya təmsilçisi ilə ilk oyununu sentyabrın 29 və ya 30-da səfərdə, cavab matçını isə oktyabrın 20 və ya 21-də Bakıda keçirəcək. Artıq paytaxt klubunun növbəti mərhələyə vəsiqə qazanacağı halda hansı rəqiblərlə qarşılaşacağı da bəllidir. Belə ki, bu gün Gənclər Liqasının ikinci təsnifat mərhələsinin də püşkü atılıb. Püşkə əsasən "Spartak" - "Rəvan" cütünün qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşmalıdır. Qeyd edək ki, ikinci təsnifat mərhələsinin oyunları 3-4 və 24-25 noyabr tarixlərində keçiriləcək. |
|
Xəbər 735 dəfə oxundu. |
|
|