La Liqa De Xeanın qeydiyyatına icazə vermədi
İspaniya Peşəkar Futbol Liqası Madrid Realının appelyasiyasını müsbət qarşılamayıb. Qurum qanunun hərkəs üçün eyni olduğunu bildirib. Bu isə De Xeanın yanvara qədər oynaya bilməyəcəyi anlamına gəlir.

Xatırladaq ki, dünən gecə Mançester Yunaytedlə anlaşmaya əsasən qapıçı Madrid Realına keçməli idi. Lakin transfer sistemə vaxtında yerləşdirilməyib.

Xəbər 743 dəfə oxundu.