Ramal Hüseynov 2 qol vurdu, komandası qalib gəldi | |
Türkiyə aşağı liqasında mübarizə aparan "Arvahinspor" yoxlama matçı keçirib. Millimizin sabiq üzvü Ramal Hüseynovun şərəfini qoruduğu "Arvahinspor" yoxlama matçında "Pazarspor"la qarşılaşıb. 5:1 hesabı ilə yekunlaşan matçda 2 qolu Hüseynov vurub. Qeyd edək ki, "Arvahinspor" sabah kubok matçında "Ardahanspor"la qarşılaşacaq. |
|
Xəbər 727 dəfə oxundu. |
|
|