"Borussiya"nın üzvü "Fiorentina"da | |
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Borussiya" (Dortmund) yarımmüdafiəçisi Yakub Blaşikovskini "Fiorentina"ya bir illik icarəyə verib. Dortmundlular bu keçiddən 1 milyon avro qazanıblar. Polşa millisinin üzvü 2007-ci ildən "sarı-qaralar"ın şərəfini qoruyur. 29 yaşlı yarımmüdafiəçi bu müddətdə keçirdiyi 252 oyunda 32 dəfə rəqib qapılara yol tapıb. Blaşikovskinin "Borussiya" ilə müqavilə müddəti 2018-ci ilin yayında başa çatacaq. |
|
Xəbər 742 dəfə oxundu. |
|
|