Raydell Pupon: Qarabağ fanatları Avroliqadakı rəqiblərimizi Bakıda görməyə sevinəcək | |
"Qarabağ"ın hücumçusu Raydell Pupon Avropa Liqasının qrup mərhələsində İngiltərənin "Tottenhem", Belçikanın "Anderlext" və Fransanın "Monako" klubları ilə bir qrupa düşmələrinə münasibət bildirib. Hollandiyalı forvard ölkəsinin mətbuatına açıqlamasında öncə bunları söyləyib: "Fikrimcə, "Qarabağ"ın fanatları "Tottenhem", "Anderlext" və "Monako"nu Bakıda görməyə sevinəcəklər. Azarkeşlərimiz komandanı çox güclü dəstəkləyirlər. Məsələn, İsveçrə "Yanq Boyz"una qarşı keçirdiyimiz ev oyununda stadionda möhtəşəm atmosfer var idi. Bu komandaya 3:0 hesabıyla qalib gəldik". Qeyd edək ki, Pupon İsveçrə klubu ilə qarşılaşmanın 72-ci dəqiqəsində meydana çıxmışdı. Hollandiyalı oyunçu daha sonra bunları bildirib: "Qrup mərhələsində də güclü rəqiblərə qarşı oynayacağıq. Başa düşürük ki, çətin qrupa düşmüşük. Tobi Alderveyreld və Yan Vertongenlə görüşmək imkanı qazanacağam. Onlarla birgə "Ayaks"da çıxış etmişəm". Pupon Şotlandiyanın "Seltik" klubuna qarşı oyunları da xatırlayıb: "Şotlandlar iki oyunun nəticəsinə görə bizi üstələdilər. Bakıdakı oyunda isə demək olar ki, qələbəyə oynamırdılar". |
|
Xəbər 766 dəfə oxundu. |
|
|