Azərbaycanın taekvondoçuları Polşadakı beynəlxalq turnirdə 7 medal qazanıblar
Avqustun 29-30-da Polşanın paytaxtı Varşava şəhərində ənənəvi “Polish open” G1 kateqoriyalı beynəlxalq reytinq turniri keçirilib.

Turnirdə Azərbaycanın taekvondo üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandaları iştirak edir.

Polşadakı turnirdə böyüklərdən ibarət milli komandamız 5, gənc komandamız isə 20 taekvondoçu ilə təmsil olunur.

Yarışda mübarizə aparan idmançılarımız yüksək əyarlı medallar əldə ediblər.

Gənclərin yarışında İlham Əliyev (45 kq), İlayda Kardelen Çiftci (46 kq) və Qaşim Maqomedov (51 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cavid Məmmədov (-45 kq) və Gülsüm Gültəkin (59 kq) turnirdə gümüş medallar qazanıblar. Əliəskər Əliyev (68 kq) isə yarışı bürünc medalla başa vurub.

Böyüklərin yarışında ilk Avropa Oyunlarının qalibi Milad Beigi Hərçəqani (80 kq) qızıl medala yiyələnib.

Komandalarımız beynəlxalq yarışa, böyüklərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov, eləcə də gənclərdən ibarət milli komandanın baş məşqçisi Mamed Abdullayev, böyük məşqçi Zahid Məmmədov və məşqçi müəllim Vurğun Cəfərovun rəhbərliyi ilə yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdədir.

Xəbər 714 dəfə oxundu.