"İlin ulduzları" mükafatlarının təltifat mərasimi Lissabonda keçiriləcək
Artıq üçüncü dəfə təşkil olunan stolüstü tennis üzrə ən nüfuzlu mükafatların təltifat mərasimi bu ilin sonunda Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək və bununla da 2015-ci ilin mövsümünə yekun vurulacaq.

Dekabrın 9-na planlaşdırılan tədbirdə ən yaxşı oyunçulara, məşqçilərə və stolüstü tennisin digər tanınmış ulduzlarına mükafatlar təqdim olunacaq və sonradan nüfuzlu Dünya Turunun Qrand-Final mərhələsi keçiriləcək.

Federasiyasının marketinq üzrə direktoru Stiv Deynton bildirib ki, "Bu idman tədbiri get-gedə populyarlaşır və “İlin ulduzları”nun nüfuzu daha da artır. Biz ilin sonunda gözəl Lissabona səfər edib bu şəhərdə də Dünya Turunun Grand-Final mərhələsini təşkil edəcəyik. Bu il 8 nominasiya oynanılacaq. Kişilər, qadınlar, məhdud imkanlı idmançılar və məşqçilər arasında keçirilən ənənəvi nominasiyalara bu il “İlin kəşfi” mükafatı da əlavə ediləcək, eləcə də “Fair Play” (ədalətli oyun) qalibləri müəyyənləşəcək.

AZƏRTAC

Xəbər 790 dəfə oxundu.