Britaniyalı ikiqat olimpiya çempionu IAAF-ın prezidenti seçilib
Yüngül atletika üzrə ikiqat olimpiya çempionu Sebastyan Kou Beynəlxalq yüngül atletika federasiyaları assosiasiyasının (IAAF) prezidenti seçilib.

Səsvermə IAAF-ın avqustun 19-da Pekində keçirilən konqresi zamanı baş tutub. Səsvermədə Kounun yeganə rəqibi ukraynalı Sergey Bubka idi. Sebastyan Kou 115 nəfərin etibarını qazanmaqla, 92 səs toplayan Bubkadan üstün olub.

Xəbər 812 dəfə oxundu.