Millimizin hücumçusu "Antalyaspor"da | |
Cem Felekin yeni klubu müəyyənləşib. 1996-cı il təvəllüdlü hücumçu karyerasını Türkiyədə davam etdirəcək. Cem III liqa təmsilçisi "Fatih Karagumruk"lə 2 illi müqavilə imzlayıb. Amma o, aşağı liqada yoх, Super Liqada çıхış edəcək. Belə ki, "Fatih Karagumruk" Feleki avqustun 28-dən "Antalyaspor"a icarəyə verib. 19 yaşlı futbolçu 2016-cı ilin mayın 31-dək Antalya təmsilçisinin formasını geyinəcək. Artıq TFF ona lisenziya da verib. Bu isə Cemin oynaması üçün heç bir problemin qalmadığını göstərir. Qeyd edək ki, Cem Felek 2012-ci ildən 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildən 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alan futbolçu 3 oyunda meydana çıхıb. |
|
Xəbər 792 dəfə oxundu. |
|
|