Azərbaycan birincliyinin qalibləri müəyyənləşdilər
Yeniyetmələr arasında qılıncoynatmanın şpaqa, sablya və rapira növləri üzrə Azərbaycan birinciliyi keçirilib. İdman.com.az saytının məlumatına görə, qızlar arasında şpaqa üzrə Məryəm Məlikova («Fencing» İK), oğlanlar arasında isə Aslan Balaoğlanov (14 saylı UGİM) birinci yerə layiq görülüblər.

Rapira üzrə də qızların yarışlarında ən yüksək nəticəni Məhin Məlikova göstərib. Aslan Balaoğlanov isə oğlanlar arasında bu növ üzrə nəticəsini təkrarlayıb.
Sablya yarışlarında Fatma İbrahimova («Neftçi» İSM) qızlar, Sabir Zeynalov (8 saylı İOEUGİM) oğlanlar arasında qalib olub.

Xəbər 1735 dəfə oxundu.