Yunanlar Panatinaikosun start heyətini açıqladılar | |
Yunanıstan mətbuatı "Panatinaikos"un Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı cavab oyununa hansı heyətlə çıxacağını açıqlayıb. Sözügedən olan həmkarlarımız baş məşqçi Yannis Anastasiunun ilk dəqiqələrdən bu futbolçulara güvənəcəyini iddia edirlər: Luk Stil, Nano, Giorgos Kutrumbis, Statis Tavlaridis, Xristos Burbos, Tassos Laqos, Zeka, Daniyel Pranyiç, Satiris Ninis, Nikos Karelis, Markus Berq. Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" matçı bu gün "Apostolos Nikolaidis" stadionunda keçiriləcək. Matç Bakı vaxtilə saat 23:00-da keçiriləcək. Tərəflər arasında Bakıda keçirilmiş ilk matçda hesab açılmayıb. |
|
Xəbər 689 dəfə oxundu. |
|
|