“Qəbələ” Qazaxıstan klubuna uduzdu | |
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk sınaq matçını keçirib. İdman.com.az saytı xəbər verir ki, təmsilçimizin rəqibi Qazaxıstan klubu olub. Belə ki, “qara-qırmızılar” sabiq baş məşqçisi Ramiz Məmmədovun bir müddət çalışdırdığı “Atırau” klubu ilə qarşılaşıb. Hesabı 11-ci dəqiqədə “Qəbələ” açıb. Viktor Mendi topu qapıçının üzərindən aşırmaqla onu arxada qoyub və başı ilə qapıya yol tapıb. Cəmi 6 dəqiqə sonra rəqib hesabı bərabərləşdirib. Vladislav Buaç fərqlənib. 24-cü dəqiqədə qazaxlar hesabda irəli çıxıblar. Bu dəfə Valentin Çureyev komandasını sevindirib. |
|
Xəbər 971 dəfə oxundu. |
|
|