Beynəlxalq şahmat festivalında 4-cü turun oyunları başa çatıb
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 22 –ci beynəlxalq şahmat festivalında 4-cü turun oyunları başa çatıb. Yarış “Masters”, “Open” və “Juniors“ turnirlərindən ibarətdir. “Masters” turnirində 62 qrossmeyster daxil olmaqla 130 zəka sahibi qələbə uğurunda mübarizə aparır. Azərbaycanı müxtəlif qruplarda Vüqar Əsədli, Asif Yaqubi, Nərmin Xələfova, Kənan Heydərli, Nail Bəşirli Məhəmməd Muradlı, Turan Əsgərova, Səid Rəfili, Nərmin Söyünlü, Fərid Mustafayev, Mətin Mürsəlli, Rəfail Manafov, Vüqar Manafov, Adnan Əliyev təmsil edirlər.

“Masters” turnirinin 4-cü turunda Nail Bəşirli Rumuniya şahmatçısı Alin-Mile Berescu ilə qarşılaşıb.Görüş həmyerlimizin xeyrinə başa çatıb.Əsədli Vüqar isə Hindistan təmsilçisi Şah Sagar üzərində qələbə qazanb.Məhəmməd Muradlı Rusiya şahmatçısı Aleksandr Retiski ilə xalları yarı bölüb.Kənan Heydərli yerli şahmatçı Ahmed Faredi, Nərmin Xələfova isə Jovan Jovansevici məğlub edib.

4 turdan sonra Nail Bəşirli , Vüqar Əsədli 2.5 xal,Kənan Heydərli və Məhəmməd Muradlı 2 xal,Asif Yaqubi və Nərmin Xələfova isə 1 xal toplayıb. Turnirin lideri 4 oyundan 4 xal toplayan İsveçrə təmsilçisi Nils Qrandeliusdur.

“Open turnirdə” 4-cü turda həmyerlilərimiz Mürsəl Mürsəlov və Nərmin Söyünlü qarşılaşıb.Qarşılaşma 1-ci tərəfin xeyrinə başa çatıb. İsmayıl İsmayılzadə Misirli Ahmed Ramadan Aşraf üzərində qələbə qazanıb. Fərid Mustafayev yerli şahmatçı Anvar Validə məğlub olub.Sədaqət Abbasova Uqba Mohamad Rashid Sbaita, Turan Əsgərova Qətərli Fatima AL-Xulaifi, Səid Rəfili Küveyt təmsilçisi Meshari Alhessani,Manafov Vüqar isə Hindistan şahmatçısı Kapahi Çandanı məğlub edib.

4 turdan sonra İsmayıl İsmayılzadə aktivinə 4 xal yazaraq liderlər qrupundadır. Mürsəl Mürsəlov 3.5 xalla 4-cü,Sədaqət Abbasova 3 xalla 15-ci yerdədir. Turan Əsgərova və Səid Rəfili 3 xal toplayaraq 34-35-ci pillədə qərarlaşıblar.

Festival isveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 715 dəfə oxundu.