Bakıda FİDE-nin şahmat kompozisiyası üzrə Olimpiya turniri keçiriləcək | |
Beynəlxalq Şahmat Federasiyası (FİDE) və Azərbaycan Şahmat Federasiyası “Şahmat kompozisiyası” adlı xüsusi layihə çərçivəsində FİDE-nin şahmat kompozisiyası üzrə Olimpiya turniri keçirəcəklər. FİDE-nin şahmat kompozisiyası üzrə Olimpiya turniri 42-ci Dünya Şahmat Olimpiadasına həsr ediləcək. Dünya Şahmat Olimpiadası 2016-cı il sentyabrın 17-dən 30-dək Bakıda keçiriləcək və altı seksiyadan ibarət olacaq. Dünya Şahmat Olimpiadasının 2016-cı ildə harada keçirilməsi barədə qərar FİDE-nin İstanbulda keçirilən Konqresində qəbul edilib. Bakının rəqibləri Tallinn (Estoniya) və Albena (Bolqarıstan) idi. Yekunda FİDE-nin İcraiyyə Komitəsi 2016-cı ildə Dünya Şahmat Olimpiadasının Bakıda keçirilməsinin lehinə səs verib. |
|
Xəbər 772 dəfə oxundu. |
|
|