“Araz” liderliyini davam etdirir | |
Basketbol üzrə kişilər arasında Azərbaycan çempionatında yaranmış fasilə başa çatıb. İdman.com.az saytının məlumatına görə, 28 günlük istirahətdən sonra II dövrənin oyunlarına start verilib. VI turda 3 oyun baş tutub ki, onların heç birində sensasiya qeydə alınmayıb. Belə ki, “Araz” – “NTL-Tudor” matçında gözlənilən kimi birincilər asan qələbəyə seviniblər. İlk dövrədə 93:86 hesabı ilə qalib gələn “Araz” bu dəfə debütantı 76:53 hesabı ilə məğlub edib. Autsayderlər - BDU ilə AzTOP-un oyunu da daha məhsuldar alınıb. İlk matçda 37 xal (86:49) fərqi ilə qalib gələn AzTOP ikinci oyunda daha yaxşı oynayaraq, 99:54 hesabı ilə qələbə qazanıb. Bu 2 xal həm də onları liderlər qrupuna qaldırıb. AzTOP basketbolçuları 2 rəqibini qabaqlayaraq, 3-cü pilləyə yüksəlib. Tura “Qala” – “Çağ Öyrətim” görüşü ilə yekun vurulub. İkinci yer uğrunda “vuruşan” bu komandaların qarşılaşmasında Elxan Əliyevin yetirmələri daha güclü olublar. Onlar ilk dövrədə olduğu kimi (77:63) yenə də “şagirdləri” məğlub ediblər – 94:58. Nəticədə “Qala” turnir cədvəlinin ikinci pilləsindəki yerini qoruyub, “Çağ Öyrətim” isə top fərqinə görə 4-cü pilləyə enib. VI tur “Araz” – “NTL-Tudor” – 76:53 BDU – “AZTOP” – 54:99 “Qala” – “Çağ Öyrətim” – 94:58 1. “Araz” 6 6 0 595-341 12 2. “Qala” 6 4 2 427-316 10 3. AzTOP 6 3 3 446-426 9 4. “Çağ Öyrətim” 6 3 3 398-435 9 5. “NTL-Tudor” 6 2 4 342-371 8 6. BDU 6 0 6 276-588 6 |
|
Xəbər 1312 dəfə oxundu. |
|
|