Pasulko “Xəzər Lənkəran”ın rəhbərliyi ilə nə üçün görüşüb?
“İnciməyin, müsahibə verməyəcəm”. İdman.com.az saytının məlumatına görə, Bunu apasport.az- a “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Viktor Pasulko deyib.

Ukraynalı mütəxəssis dünən Antalyada “Xəzər Lənkəran”la Türkmənistan yığması arasında keçirilən yoldaşlıq görüşünü (3:1) izləyənlər arasında idi. Fasilə zamanı əməkdaşımızla qısa söhbətində çalışdırıcı bildirib ki, oyuna gəlməkdə məqsədi “Xəzər Lənkəran” rəhbərliyi ilə görüşməkdir: “Rəhbərliklə görüşəcəyəm. Bundan başqa, heç nə deyə bilmərəm”.

Xəbər 1028 dəfə oxundu.