Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib
Gənclər və İdman naziri Azad Rəhimov avqustun 21-də Qəbələ rayonunda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbələ şəhəri Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutan qəbulda ümumilikdə 30 nəfərin şikayət və təkliflərinə baxılıb. Müraciətlərdən 15-i idman sahəsi (fəxri adların verilməsi, idman dərəcələrinin, stadion və idman zallarının tikliməsi) olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Müraciətlərdən araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Xəbər 1150 dəfə oxundu.