Abu-Dabidə beynəlxalq şahmat festivalı start götürüb | |
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində 22 –ci beynəlxalq şahmat festivalı start götürüb.Festivalda ölkəmizlə yanaşı Rusiya, Ukrayna, ABŞ, İngiltərə, Polşa, Hindistan, Latviya, Macarıstan, Gürcüstan, Türkiyə, İran, Estoniya, Özbəkistan, Misir ,Qətər, Almaniya və digər ölkələrdən ümumilikdə 450-dək şahmatçı iştirak edir. Yarış “Ustalar”, “açıq turnir” və “gənclər “ turnirlərindən ibarətdir. “Ustalar” turnirində 62 qrossmeyster daxil olmaqla 130 zəka sahibi qələbə uğurunda mübarizə aparır. Azərbaycanı müxtəlif qruplarda Vüqar Əsədli,Asif Yaqubi,Nərmin Xələfova, Kənan Heydərli, Nail Bəşirli Məhəmməd Muradlı, Turan Əsgərova, Səid Rəfili, Nərmin Söyünlü, Fərid Mustafayev, Mətin Mürsəlli, Rəfail Manafov, Vüqar Manafov, Adnan Əliyev təmsil edirlər. Festival isveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir. |
|
Xəbər 822 dəfə oxundu. |
|
|