“Panionios” uduzdu, Araz oyunu əvəzedilmədən keçirdi
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 18-ci turun oyunları keçirilir. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Panionios” səfərdə PAOK-la qarşılaşıb.

Görüş qonaqların istidəyi kimi başlamayıb. Soloniki təmsilçisi 9-cu dəqiqədə Stefanos Athasiadisin sayəsində irəli çıxıb. Ev sahibləri üstünlüyü sonadək qoruyaraq, növbəti qələbələrini qazanıblar

Bu məğlubiyyət “Panionios” yarış cədvəlinə elə də təsir etməyib. Komanda 19 xalla 10-cu pillədə qərarlaşıb. Rəqib isə, 32 xalla 4-cü mövqedəki yerini möhkəmləndirib. Son oyunlarda startda meydana çıxan Arazın, bu dəfə də əsas heyətdə yer alıb və oyunu əvəzedilmədən keçirib.

Xəbər 1032 dəfə oxundu.